İlham Əliyev iki ölkə liderinə məktub göndərib
Tarix: 17-08-2023 11:17 | Bölmə: Gündəm
İlham Əliyev iki ölkə liderinə məktub göndərib

"İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".

Reyting.az
 xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubunda ifadə edib.

İndoneziya prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

***

"İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək".

Reyting.az
 xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yazıb.

Qabon prezidentini və onun simasında bütün xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən prezident İlham Əliyev bu əlamətdar gündə Ali Bonqo Ondimbaya ən xoş arzularını çatdırıb, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}