Xocavənddə ermənilərin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
Tarix: 17-08-2023 13:26 | Bölmə: Gündəm
Xocavənddə ermənilərin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}