Azərbaycanın HHM bölmələrində döyüş atışları icra olunub - Video
Tarix: 18-08-2023 10:33 | Bölmə: Gündəm
Azərbaycanın HHM bölmələrində döyüş atışları icra olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib:

"Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}