20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hikmət Hacıyev: “Ermənistan kütləvi məzarlıqların geolokasiyasını təqdim etməkdən imtina edir”
Tarix: 19-08-2023 10:01 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Ermənistan kütləvi məzarlıqların geolokasiyasını təqdim etməkdən imtina edir”

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

H. Hacıyev qeyd edib ki, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir:

“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxsdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığına qovuşduğuna çox seviniblər”.

Qeyd edək ki, itkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər