İlham Əliyev Paraqvay prezidentini təbrik edib
Tarix: 21-08-2023 11:55 | Bölmə: Gündəm
İlham Əliyev Paraqvay prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}