Azərbaycan hava qüvvələri təlimdə: “Akıncı” PUA-ları kəşfiyyat aparıb - Video
Tarix: 29-02-2024 13:15 | Bölmə: Gündəm
Azərbaycan hava qüvvələri təlimdə: “Akıncı” PUA-ları kəşfiyyat aparıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) hava kəşfiyyatı aparıb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, cari ilin hazırlıq planına əsasən, HHQ-nin PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Məlumata görə, əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər