18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ağdamda mina partlayıb, yaralı var
Tarix: 03-03-2024 13:02 | Bölmə: Gündəm
Ağdamda mina partlayıb, yaralı var

Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı olub.

Reyting.az
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinə istinadla bildirir ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}