Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib - Fotolar (Yenilənib)
Tarix: 06-03-2024 11:34 | Bölmə: Gündəm
Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Hökumətinin sədrini Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Reyting.az
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

***

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.

Reyting.az
xəbər verir ki, M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}