Prezident Xankəndi, Ağdərə və Xocalı ilə bağlı fərman imzalayıb - Bu şəxslərə vəzifə verilib - (Yenilənib)
Tarix: 01-04-2024 14:09 | Bölmə: Gündəm
Prezident Xankəndi, Ağdərə və Xocalı ilə bağlı fərman imzalayıb - Bu şəxslərə vəzifə verilib - (Yenilənib)

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

***

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Müşahidə Şurasının sədri

Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər