Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin adları dəyişdirilib - Fərman
Tarix: 01-04-2024 14:24 | Bölmə: Gündəm
Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin adları dəyişdirilib - Fərman

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib.

Reyting.az
xəbər verir ki, bunun üçün prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 21 iyul tarixli 2022-ci il fərmanında dəyişiklik edib.

Bundan başqa, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Laçın rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bunun üçün isə dövlət başçısı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 26 may 2023-cü il tarixli fərmanında dəyişiklik edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}