Prezident Administrasiyası Əliyev-Blinken danışığı barədə daha bir məlumat yayıb
Tarix: 04-04-2024 15:00 | Bölmə: Gündəm
Prezident Administrasiyası Əliyev-Blinken danışığı barədə daha bir məlumat yayıb

Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu bildirib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidmətindən “Azərtac” informasiya agentliyinin sorğusuna cavabda qeyd edilib.

Bildirilir ki, bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamaları qəbul olunmur:

“Bu xüsusda dövlətimizin başçısı dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu konteksdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”.

Məlumatda vurğulanıb ki, prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işğəncələrə məruz qalması məsələsini bildirib: “Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulayıb. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər