Prezident Abşeronun ərazi bölgüsündə dəyişikliyi təsdiqləyib
Tarix: 06-04-2024 16:06 | Bölmə: Gündəm
Prezident Abşeronun ərazi bölgüsündə dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

- Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.

- Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

- Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər