16:42 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - Fotolar
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Prezident İlham Əliyev Qəbələyə gedib - (Yenilənib) - Fotolar
Tarix: 09-04-2024 18:14 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.
Reyting.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
Prezident İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.
Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub.
Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.
Xəstəxananın həyətində geniş yaşıllıq zolağı salınıb.
Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.
***
Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Tikinti işləri 2022-ci ilin sentyabrında başa çatdırılıb.
Məlumat verilib ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
***
Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti yayıb.
***
Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.
Reyting.az-ın məlumatına görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib.
Dövlət başçısına 2020-2023-cü illərdə paylayıcı şəbəkələrdə aparılan bərpa və yenidənqurma işləri, “Azərişiq” ASC tərəfindən tətbiq edilən yaşıl və innovativ texnologiyalar, eləcə də “100 Kənd” layihəsi üzrə regional şəbəkələrdə 150-dən çox yaşayış məntəqəsinin elektrik təchizatının yenidən qurulmasının texniki, iqtisadi və ekoloji səmərəliliyi barədə məlumat verilib.
Qeyd olunub ki, paylayıcı şəbəkələrdə yaşıl və innovativ texnologiyaların tətbiqi, o cümlədən ikipilləli şəbəkələrin, mikro-günəş elektrik stansiyalarının, 3D-mobil xəritə, dron monitorinq, smart uçot sistemlərinin, kompozit şüşə lifli ekoloji təmiz dayaqların istifadəsi, habelə “100 Kənd” layihəsi üzrə görülən işlər təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına imkan yaradır.
“Hacıalılı” elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası inşa olunub.
Diqqətə çatdırıldı ki, elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq.
Prezident İlham Əliyev “Hacıalılı” yarımstansiyasını işə salıb.
Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz müasir şəbəkə poliqonu və “Yaşıl Enerji” təlim poliqonundan ibarətdir. Şəbəkə poliqonunda kompozit dayaqlar, optik-lifli 35 kV-luq və 0,4 kV-luq kabel xətləri, smart sayğaclar, SK-11 35-0,4 kV-luq şəbəkə idarəetmə sistemi quraşdırılıb. Poliqonda beynəlxalq peşə ustalığı yarışlarına hazırlıq üçün lazımi şərait yaradılıb. “Yaşıl Enerji” təlim poliqonunda isə Günəş və külək enerji mənbələri, ”Azərişiq” ASC-nin Mobil Yaşil Enerji Qurğusu layihələri üzrə təlimlər təşkil olunacaq.
Regional Təlim Mərkəzi, həmçinin digər müasir avadanlıqlarla da təchiz edilib, regional şəbəkələrin dispetçer idarəetmə sisteminə inteqrasiya olunub. Dispetçer idarəetmə sistemi mərkəzdən və müstəqil idarəetmə imkanlarına malikdir. Bundan əlavə, Mərkəzdə biri interaktiv olmaqla, iki müasir tədris otağı və tədbirlərin keçirilməsi üçün iclas zalı vardır.

Bölməyə aid digər xəbərlər

Bu gün, 11:04
Milli Məclisin iclası başlayıb
Bu gün, 10:16
Əli Əsədov qərar imzalayıb
Bu gün, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Bu gün, 09:14
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
Bu gün, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)
22-01-2026, 14:06
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər