Baş nazir: "Aİ-nin səfiri sənədi masaya qoysun, bu gün imzalayacağam”
Tarix: 01-12-2024 18:09 | Bölmə: Gündəm
Baş nazir: "Aİ-nin səfiri sənədi masaya qoysun, bu gün imzalayacağam”

"Aİ-nin səfirinə xatırlatmaq istəyirəm: danışıqların başlanması sənədini masaya qoyun, bu gün onu imzalayacağam”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında deyib

Baş nazirin sözlərinə görə, Gürcüstan hökumətinin Avropa inteqrasiyası prosesini dayandırdığı barədə yalan məlumatlar yayılır.

“İlk bəyanatımızda və bu günə qədərki bütün açıqlamalarımızda vurğulamışıq və hələ də bəyan edirik ki, Avropa inteqrasiyası prosesini dayandırmırıq, əksinə Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olmasını təmin etmək üçün səylərimizi daha da artırırıq. Bu fonda, Avropa İttifaqının səfirinin radikal müxalifət və onun QHT-ləri və ya kütləvi informasiya vasitələri tərəfindən aparılan dezinformasiya kampaniyasına cəlb edilməsi utancverici və narahatedicidir. Təbii ki, belə hadisələr həmçinin Gürcüstan cəmiyyətinin Avropa bürokratiyasına olan inamını ciddi şəkildə zəiflədir. Mən Aİ-nin səfirinə bir daha xatırlatmaq istəyirəm: danışıqların başlanması sənədini masaya qoyun, mən bu gün onu imzalayacağam. Şantaj yerinə - bu, bizim mövqeyimizdir və Avropa strukturlarından da eyni dəyərli yanaşmanı gözləyirik, çünki bu, Gürcüstan cəmiyyətinin tələbidir", - Baş nazir əlavə edib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər