13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Tarix: 15-12-2024 19:26 | Bölmə: Gündəm
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti dekabrın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Reyting.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qax, Balakən, Şəmkir, Şabran, Siyəzən, Tovuz, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Saatlı, Sabirabad, Hacıqabul, Quba, Qusar, Qobustan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Ağdam, Salyan, Şirvan, Neftçala, Xızı, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şəki, Zaqatala, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər