16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Milli Məclisin yaz sessiyasının sonuncu iclası başa çatıb
Tarix: 30-05-2025 13:59 | Bölmə: Gündəm
Milli Məclisin yaz sessiyasının sonuncu iclası başa çatıb

Milli Məclisin spikeri Sahibə Qafarova 2025-ci il yaz sessiyasının bu gün başa çatdığını bildirərək sessiya ərzində görülən işlər haqqında qısa məlumat verib.

Reyting.az
xəbər verir ki, ötən yaz sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən S.Qafarobva bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.

Bu baxımdan Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.

Sonra parlamentin sədri Milli Məclisin yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.




Bölməyə aid digər xəbərlər