17:51 / 02-06-2025
Bölgələrə leysan yağacaq
Ukrayna ABŞ-ı Rusiya hərbi bazalarına hücum barədə əvvəldən məlumatlandırıb
Tarix: 01-06-2025 20:58 | Bölmə: Gündəm
Ukrayna ABŞ-ı Rusiya hərbi bazalarına hücum barədə əvvəldən məlumatlandırıb

Ukrayna Rusiyanın hərbi hava bazalarına pilotsuz uçuş aparatları ilə hücumu barədə ABŞ-yi əvvəlcədən məlumatlandırıb.

Bu barədə “Axios” adı açıqlanmayan respublikaçı rəsmiyə istinadən məlumat yayıb.

Vurğulanıb ki, əməliyyat Ukrayna təhlükəsizlik xidməti tərəfindən həyata keçirilib və bir ildən çoxdur planlaşdırılıb.

Qeyd edək ki, Kiyev bir neçə bazada onlarla strateji bombardmançı təyyarəni hədəfə alaraq Rusiya ərazisinə misli görünməmiş zərbələr endirib.

Artıq Rusiya Müdafiə Nazirliyi ölkənin Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara Ukraynanın PUA-lar ilə zərbələr endirdiyini təsdiq edib(Report)

Bəzi iddialara görə, zərbələr nəticəsidə Rusiyanın 10=a yaxın bombardmançı təyyarəsi vurulub.




Bölməyə aid digər xəbərlər