18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidenti ilə görüşüb - Yenilənib
Tarix: 02-06-2025 16:51 | Bölmə: Gündəm
İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

Reyting.az
xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib.

Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olunub.

Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan prezidentinə məlumat verilib.

Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd ediblər.




Bölməyə aid digər xəbərlər