Azərbaycanın Keniyada səfirliyi açılıb
Tarix: 03-06-2025 14:23 | Bölmə: Gündəm
Azərbaycanın Keniyada səfirliyi açılıb

Xarici İşlər naziri (XİN) Ceyhun Bayramov Keniyanın baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Keniyadakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Reyting.az
 xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan ilə Keniya arasında dövlətlərarası münasibətlərin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.




Bölməyə aid digər xəbərlər