İlham Əliyev Portuqaliya prezidentinə məktub göndərib
Tarix: 10-06-2025 12:01 | Bölmə: Gündəm
İlham Əliyev Portuqaliya prezidentinə məktub göndərib

Prezident İlham Əliyev portuqaliyalı həmkarı Marselu Rebelu de Souzaya məktub göndərib.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram".




Bölməyə aid digər xəbərlər