00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib
Tarix: 10-06-2025 17:23 | Bölmə: Gündəm
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.

Reyting.az
xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" sosial media hesabında məlumat yayıb.

"Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tez və tam sağalmasını arzu edirik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb. Onlardan, ən azı, 4-nün vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.




Bölməyə aid digər xəbərlər