17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
Tarix: 10-06-2025 18:34 | Bölmə: Gündəm
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Reyting.az
Azərbaycan Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Ə. Əsədov prezident İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Ş. Mirziyoyev İ. Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Ə. Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə prezident Şavkat Mirziyoyevi təbrik edib.





Bölməyə aid digər xəbərlər