22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Müəllimlərin olduğu maşın aşıb - Ölən və xəsarət alanlar var
Tarix: 11-06-2025 13:20 | Bölmə: Gündəm
Müəllimlərin olduğu maşın aşıb - Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.

“Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib.

Xəsarət alanlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.


Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.

Həmin şəxslər səhər saatlarında Gəncədən Şəmkirə çalışdıqları məktəbə işə gedirmişlər.




Bölməyə aid digər xəbərlər