09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
Tarix: 12-06-2025 10:23 | Bölmə: Gündəm
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb

May ayı üzrə 421 müraciətçinin 369-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 52 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirlib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 6 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və əhəmiyyətli fərq, 4 əhəmiyyətli fərq (kredit sayı, ixtisaslararası uyğunsuzluq), 2 dövlət nümunəli olmayan diplom, 1 təhsil formasını göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 134, Rusiya Federasiyası 78, Ukrayna 68, Birləşmiş Krallıq 35, Gürcüstan 19, Polşadan 14, Çin və İtaliyadan hər birindən 9, Almaniyadan 8, Macarıstan 6, Banqladeşdən 4, Amerika Birləşmiş Ştatları, İsveçrə Konfederasiyası, Koreyadan 3, Latviyadan və Niderland Krallığının hər birindən 3, Belçika Krallığı, İsrail Dövləti, Litvadan, Özbəkistan və Qazaxıstanın hər birindən 2, həmçinin Belarus, Estoniya, Fransa, Hindistan, İran, İspaniya, Qana, Qırğız, Sudan, Yaponiya, Yəmən və Zimbabvedən isə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, menecment üzrə 37, iqtisadiyyat üzrə 35, biznesin idarə edilməsi üzrə 32, maliyyə üzrə 28, beynəlxalq münasibətlər üzrə 21 müraciət qeydə alınıb.




Bölməyə aid digər xəbərlər