İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Tarix: 18-06-2025 11:31 | Bölmə: Gündəm
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, sözügedən döyüş sursatları iyunun 18-də saat 13:00-dan 17:00-dək təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".




Bölməyə aid digər xəbərlər