Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 24-06-2025 13:56 | Bölmə: Gündəm
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)

Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb.

Reyting.az
-ın xəbərinə görə, karvan Həsənriz və Sarıcalı kəndlərinə gedib.

Bu ərazilərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə 40 ailə (146 nəfər) Həsənrizə, 1 ailə (4 nəfər) isə Sarıcalıya köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı ünvanına çatıb.




Bölməyə aid digər xəbərlər