19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Rusiya Azərbaycana nota verib
Tarix: 01-07-2025 17:04 | Bölmə: Gündəm
Rusiya Azərbaycana nota verib

"Bakının qeyri-dost hərəkətləri, o cümlədən respublikanın paytaxtında rusiyalı jurnalistlərin saxlanması" fonunda Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə etiraz notası təqdim edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN iddia edir ki, guya rəsmi Bakı Rusiya ilə münasibətləri pozmaq istəyir və hətta bunun bəzi işlər görülür.

Qeyd olunur ki, Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbərinə Bakıda saxlanılan rusiyalı jurnalistlər (İqor) Kartavıx və (Yevgeni) Belousovun dərhal həbsdən azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.

Azərbaycan səfiri ilə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin görüşüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər