Baş Prokurorluq: "Günahkarların məhkəmə qarşısına çıxarılması üçün..."
Tarix: 02-07-2025 10:55 | Bölmə: Gündəm
Baş Prokurorluq: "Günahkarların məhkəmə qarşısına çıxarılması üçün..."

"Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək".

Reyting.az
xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb:

“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da buna sadiqdir. Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir”(Report).




Bölməyə aid digər xəbərlər