Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
Tarix: 03-07-2025 14:23 | Bölmə: Gündəm
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq

Konstitusiya Məhkəməsinə yeni hakim təyinatları olacaq.

Reyting.az
-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaqlar.

Qeyd edək ki, Rzayev Rəşid Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəridir. Otari Qvaladze və Fərhad Tutayuk isə hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında çalışırlar.(APA)




Bölməyə aid digər xəbərlər