Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər - Fotolar
Tarix: 03-07-2025 21:10 | Bölmə: Gündəm
Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

Reyting.az
xəbər verir ki, əvvəlcə Azərbaycan prezidenti və qonaqlar çay süfrəsi arxasında söhbət ediblər.

Sonra Qarabağ atlarının “Zəfər” şousu başlayıb.

Hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəziblər.















Bölməyə aid digər xəbərlər