Konstitusiya Məhkəməsinə 4 hakim təyin olunub
Tarix: 04-07-2025 11:18 | Bölmə: Gündəm
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Reyting.az
-ın xəbərinə görə, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.(APA)




Bölməyə aid digər xəbərlər