Azərbaycanın MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə səbəb nədir?
Tarix: 20-07-2025 13:21 | Bölmə: Gündəm
Azərbaycanın MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə səbəb nədir?

Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:

"Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil", - o əlavə edib.

Səfərin baş tutumamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H. Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:

"Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur".(Report)




Bölməyə aid digər xəbərlər