18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Tələbə təqaüdləri artırılıb - (Yenilənib) - Sərəncam
Tarix: 24-07-2025 14:16 | Bölmə: Gündəm
Tələbə təqaüdləri artırılıb - (Yenilənib)

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.

***

Prezidentin digər sərəncamı ilə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin də məbləği artırılıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:


akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;

akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;

akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;

akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.




Bölməyə aid digər xəbərlər