22:34 / 30-07-2025
“Qarabağ” qalib gəlib
Ərdoğan Tokayevi “Dövlət Nişanı” ordeni ilə təltif edib
Tarix: 30-07-2025 08:05 | Bölmə: Gündəm
Ərdoğan Tokayevi “Dövlət Nişanı” ordeni ilə təltif edib

Qazaxıstan prezidentinin Türkiyəyə dövlət səfəri başa çatıb.

Reyting.az
“Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, Ankarada keçirilən mərasimdə Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım Comert Tokayevi Türkiyənin ən yüksək dövlət mükafatı - “Dövlət Nişanı” ordeni ilə təltif edib.

K. Tokayev bu münasibətlə çıxışında qeyd edib ki, Türkiyənin ən yüksək dövlət mükafatını qəbul etmək onun üçün böyük şərəfdir:

“Mütəxəssislərin fikrincə, Türkiyəni parlaq gələcək gözləyir və onun dünyadakı rolu artmaqda davam edəcək. Mən qəti əminəm ki, Türkiyə Cümhuriyyəti Sizin rəhbərliyiniz altında yeni qızıl dövrünə inamla irəliləməkdə davam edəcək. Biz heç vaxt unutmayacağıq ki, Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olub”.

ELÇİN




Bölməyə aid digər xəbərlər