18:33 / 04-08-2025
Ermənilər Azərbaycan Ordusu ilə bağlı yalan məlumat yayıb
18:28 / 04-08-2025
Putin Netanyahu ilə telefonla danışıb
18:17 / 04-08-2025
Nəsimi rayonunda bu gecə işıq olmayacaq
18:01 / 04-08-2025
Bred Pittin karyerasında ən gəlirli film bəlli olub
17:45 / 04-08-2025
“Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri bəlli olub
17:40 / 04-08-2025
Ermənistan Əliyev-Paşinyan görüşünü nə təkzib edir, nə də təsdiqləyir
17:28 / 04-08-2025
"Qəbələ" klubu müdafiəçi alıb
17:12 / 04-08-2025
Tramp-Putin görüşü Pekində reallaşa bilər
17:08 / 04-08-2025
Prokurorluqda qulluqda olmanın yaş həddi qaldırılıb
16:59 / 04-08-2025
Prezident tikinti prosedurları haqqında qaydaları dəyişib
16:45 / 04-08-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilib
16:39 / 04-08-2025
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
16:34 / 04-08-2025
Hərbi ekspert: Cəbhədə real dəyişiklik baş vermir
16:11 / 04-08-2025
Anar Abdullayev məhkəmə zalında həbs edilib
16:05 / 04-08-2025
İmişlidə 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb
15:42 / 04-08-2025
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib
15:39 / 04-08-2025
24 direktor vəzifədən çıxarılıb
15:33 / 04-08-2025
Sabiq nazir haqqındakı iddiaları cavablandırmayıb
15:22 / 04-08-2025
Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar
15:02 / 04-08-2025
Ruslar şovinizmdən əl çəkmir
14:38 / 04-08-2025
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - Professor
14:35 / 04-08-2025
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olunub - Yenilənib
14:32 / 04-08-2025
Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
14:28 / 04-08-2025
Məhkəmə hakimi təqaüdə göndərilib
14:18 / 04-08-2025
Yazıçı Anar: "Bu, bəlkə də, mənim üçün taleyin cəzasıdır”
14:07 / 04-08-2025
Əli Əsədov və vəzifəli şəxslər vida mərasiminə qatılıb - Fotolar
13:47 / 04-08-2025
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahan verib
13:44 / 04-08-2025
Göygöldə əkin sahəsini yandıran şəxs cəzalandırılıb
13:42 / 04-08-2025
“Patriot”-lar Avropaya yeddi ilə gətiriləcək
13:21 / 04-08-2025
Xankəndidə Gənclərin VI Yay Düşərgəsinin açılış olub - Fotolar
15:07 / 31-07-2025

12:30 / 31-07-2025

08:57 / 01-08-2025

12:24 / 01-08-2025

13:01 / 31-07-2025

15:18 / 01-08-2025

16:41 / 01-08-2025

10:28 / 04-08-2025

13:53 / 03-08-2025

12:01 / 01-08-2025

07:48 / 01-08-2025

14:10 / 01-08-2025

Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Tarix: 04-08-2025 14:32 | Bölmə: Gündəm

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Reyting.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.
Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.
Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
İsa Həbibbəyli
Anar Rzayev
Nəriman Həsənzadə
Kamal Abdullayev
Çingiz Abdullayev
Hacı İsmayılov".
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:46
Baş prokurorun müavinlərinə ezamiyə xərcləri ödəniləcək
2-08-2025, 10:06
İran-Azərbaycan dövlət sərhədini pozmaq istəyiblər - Fotolar
1-08-2025, 12:45
Prezident Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıb
1-08-2025, 11:15
İlham Əliyev İsveçrə prezidentini təbrik edib
1-08-2025, 00:19
AZƏRTAC: Tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini yenidən üzə çıxarıblar
1-08-2025, 00:15
Bakıdan Moskvaya sərt xəbərdarlıq: "Rusiya tərəfinə bildirmək istərdik ki, əgər..."
31-07-2025, 15:07
Qarabağa növbəti köç gedib - (Yenilənib)
31-07-2025, 13:35
Prezident QHT-lərlə bağlı dəyişikliyi təsdiqləyib
31-07-2025, 13:23
Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb - Sərəncam
31-07-2025, 11:13
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır - Bu tarixdən
30-07-2025, 13:27
Prezident Komitəyə 10,5 milyon manat ayırıb - Sərəncam
30-07-2025, 13:20
Daha 44 ailə Cəbrayıl şəhərinə köçürülüb- (Yenilənib)
30-07-2025, 11:13
Prezident Kral VI Məhəmmədə məktub göndərib
30-07-2025, 08:05
Ərdoğan Tokayevi “Dövlət Nişanı” ordeni ilə təltif edib
29-07-2025, 13:07
Prezident Dövlət Agentliyinə iki milyon manat ayırıb
29-07-2025, 12:59
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
28-07-2025, 14:14
Prezident qanuna dəyişikliyi təsdiqləyib
28-07-2025, 14:03
Prezident İlham Əliyev fərman imzalayıb
28-07-2025, 13:40
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib) - Foto
28-07-2025, 11:19
İlham Əliyev Peru prezidentinə məktub göndərib
28-07-2025, 10:55
Qəzzada 133 nəfər acından ölüb - Obama İsrailə çağırış edib
26-07-2025, 11:24
İlham Əliyev Məhəmməd Muizzuya məktub göndərib
25-07-2025, 21:34
Qarabağda yenidən güclü yanğınlar başlayıb - (Yenilənib)
25-07-2025, 18:32
DİN-də əməliyyat müşavirəsi keçirilib - Foto
25-07-2025, 17:10
Rusiyada daha bir azərbaycanlı biznesmenin ofisində axtarışlar aparılır
25-07-2025, 16:23
Əli Əsədov Somalinin XİN başçısı ilə görüşüb
25-07-2025, 14:46
Ağdam və Cəbrayıla növbəti köç karvanları gedib - (Yenilənib)
25-07-2025, 14:37
Şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik təsdiqlənib
25-07-2025, 12:45
Əli Əsədov yeni qərar imzalayıb
24-07-2025, 22:12
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
24-07-2025, 19:28
DİM imtahanların nəticələrini elan edib
24-07-2025, 18:17
Prezidentin müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb
24-07-2025, 14:46
Kənd təsərrüfatı təyinatlı obyektlərin inşası barədə fərman imzalanıb
24-07-2025, 14:16
Tələbə təqaüdləri artırılıb - (Yenilənib) - Sərəncam
24-07-2025, 13:58
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
24-07-2025, 11:39
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
24-07-2025, 10:33
Bakıda yeni metro stansiyalarının tikintisi başlayır
24-07-2025, 09:08
322 milyon dollarlıq hərbi yardım paketi təsdiqlənib
23-07-2025, 14:53
“Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib - (Siyahı)
23-07-2025, 14:27
İlham Əliyev Seneqalla Anlaşma Memorandunu təsdiqləyib
23-07-2025, 11:22
İlham Əliyev Misirin dövlət başçısına məktub göndərib