Ermənistan Əliyev-Paşinyan görüşünü nə təkzib edir, nə də təsdiqləyir
Tarix: 04-08-2025 17:40 | Bölmə: Gündəm
Ermənistan Əliyev-Paşinyan görüşünü nə təkzib edir, nə də təsdiqləyir

“Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Nazirlər Kabineti xahiş edir ki, səfərlə bağlı məlumat yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edilsin.

Xatırladaq ki, bu gün səhər saatlarında yayılan məlumata görə, cümə günü Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. ABŞ prezidenti Donald Trampın sülh sazişi imzalamaq üçün Ağ evdə Azərbaycan və Ermənistan liderlərini qəbul edəcəyi bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər