Ərdoğan Starmerlə regional və qlobal məsələləri müzakirə edib
Tarix: 05-08-2025 07:54 | Bölmə: Gündəm
Ərdoğan Starmerlə regional və qlobal məsələləri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Kir Starmer arasında telefon danışığı olub.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Tükiyə lideri telefon söhbəti zamanı İsraili Fələstində atəşkəsə məcbur etmək və iki dövlət probleminin həlli üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidentinin Administrasiyanın Kommunikasiya idarəsindən verilən açıqlamaya görə, Ərdoğan və Starmer ikitərəfli, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər