Beynəlxalq axtarışda olan tacik Azərbaycanda tutulub
Tarix: 05-08-2025 15:13 | Bölmə: Gündəm
Beynəlxalq axtarışda olan tacik Azərbaycanda tutulub

Azərbaycan dələduzluqda ittiham edilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanı ölkəsinə təhvil verib.

Baş Prokurorluqdan Reyting.az-a bildirilib ki, Rano Şaripova bu il Azərbaycanda müəyyən edilərək həbs olunub. Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.




Bölməyə aid digər xəbərlər