Trampın Zelenski və Putinlə görüşü üçün şərtlər açıqlanıb
Tarix: 07-08-2025 10:54 | Bölmə: Gündəm
Trampın Zelenski və Putinlə görüşü üçün şərtlər açıqlanıb

ABŞ prezidenti Donald Tramp Kiyev, Moskva və avropalı tərəfdaşların mövqelərinin yaxınlaşdırılması şərti ilə Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinlə görüşə bilər.

Reyting.az
xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubionun sözlərinə görə, ABŞ ilk dəfə olaraq “Rusiyanın müharibəni bitirmək üçün nə tələb edə biləcəyinin” açıq siqnallarını alıb.

Lakin o, Kremlin şərtlərini açıqlamayıb.

"Rusiyanın müharibəni dayandırmağa hazır olacağı düşüncələrini daha yaxşı başa düşürük. İndi avropalıların və ukraynalıların nəyə hazır olacağını, bu mövqelərin bir-birinə necə yaxınlaşdığını anlamaq lazımdır. Rusların və ukraynalıların nə istədiyini öyrənən kimi, prezident Tramp həmikarları ilə görüşə biləcək".

Dövlət katibinin qeyd etdiyi kimi, ərazi məsələləri əsas ola bilər. Danışıqların müəyyən mərhələsində atəşkəs də baş verməlidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər