14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
İlham Əliyev: "Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək"
Tarix: 22-08-2025 15:19 | Bölmə: Gündəm
İlham Əliyev: "Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək"

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib.

“Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq”, - deyə dövlət başçısı əlavə edib.




Bölməyə aid digər xəbərlər