16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
İlham Əliyev Donald Trampa təşəkkürünü bildirib
Tarix: 25-08-2025 18:28 | Bölmə: Gündəm
İlham Əliyev Donald Trampa təşəkkürünü bildirib

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirirəm”.

Reyting.az
xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesabındakı paylaşımında yer alıb.

“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Donald Trampın İlham Əliyevə göndərdiyi fotonun üzərində belə yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").




Bölməyə aid digər xəbərlər