12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
Tarix: 26-08-2025 18:31 | Bölmə: Gündəm
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Bu il plan yerləri (99.80%) ən çox üçüncü ixtisas qrupunda dolub.

Dövlət İmtahan Mərkəzi bildirir ki, TC altqrupunda göstərici 100 faizdir və boş yer qalmayıb.

III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 98.12 faiz olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25 faiz dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39 faiz və 96.84 faiz dolub.




Bölməyə aid digər xəbərlər