Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
Tarix: 09-09-2025 23:25 | Bölmə: Gündəm
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İsrailin bu gün Qətərin paytaxtı Dohada HƏMAS liderlərinin olduğu binalara zərbə endirməsinə reaksiya verib.

Reyting.az
xəbər verir ki, bu barədə XİN belə açıqlama yayıb:  "Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".




Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb