Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib - Video
Tarix: 10-09-2025 10:28 | Bölmə: Gündəm
Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulan tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsinə yönəldilib: "Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər".





Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb