12:53 / 12-09-2025
Sabah yağış yağacaq
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
Tarix: 13-09-2025 12:21 | Bölmə: Gündəm
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir. 

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər. 

Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir. 

Xüsusi təyinatlılar hazırlıq mərhələsində qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər. 




Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb