Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Tarix: 15-09-2025 10:55 | Bölmə: Gündəm
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 15-19 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".




Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb