Əli Əsədov Lukaşenko ilə görüşə qatılıb
Tarix: 30-09-2025 14:51 | Bölmə: Gündəm
Əli Əsədov Lukaşenko ilə görüşə qatılıb

Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bugünkü görüşündə iştirak edib.

Nazirlər Kabinetindən Reyting.az-a bildirilib ki, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.




Bölməyə aid digər xəbərlər
26-09-2025, 11:29 Ombudsman bəyanat yayıb