17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
Tarix: 29-10-2025 15:38 | Bölmə: Dünya
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər

Süni intellekt infrastrukturunun inkişafı üçün ABŞ-da tezliklə, həm də sürətlə enerji istehsalı genişləndirilməlidir.

Reyting.az
xəbər verir ki, bunu amerikalı milyarder, "OpenAI" şirkətinin baş direktoru Sem Altman deyib.

İş adamı hökumətə hər il 100 GVt yeni enerji gücü əlavə etmək təklifini də irəli sürüb.

Onun sözlərinə görə, elektrik sadəcə kommunal xidmət deyil, həm strateji resursdur, həm də süni intellekt texnologiyalarında liderliyi qorumaq üçün çox vacibdir.

S. Altman əlavə edib ki, Çin ötən il 429 GVt güc qurub, ABŞ isə 51 GVt. Altmanın fikrincə, bu fərq ABŞ-ın texnoloji yarışda geri qalmasına səbəb ola bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər