17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
Tarix: 29-10-2025 15:21 | Bölmə: İdman
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ"-"Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxıb.

Reyting.az
xəbər verir ki, satışa saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.




Bölməyə aid digər xəbərlər