17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
Tarix: 15-11-2025 14:18 | Bölmə: Gündəm
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə 50 ailə (219 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, dogma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.




Bölməyə aid digər xəbərlər